Rusiya prezidenti Vladimir Putin MDB-dəki tərəfdaşları ilə Ukraynadakı vəziyyətlə bağlı müzakirə aparacaq.
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, mayın 8-də Moskvada Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan dövlət başçılarının görüşü keçiriləcək.
Ölkə başçılarının görüşündə Ukraynadakı vəziyyət əsas mövzulardan biri olacaq. Rusiya Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov isə deyib ki, görüşlərdə ikitərəfli danışıqlar aparılacaq.