“Nida” vətəndaş hərəkatının həbs olunmuş üzvləri barəsində hökm elan edilib. Musavat.com xəbər verir ki, gənclər aşağıdakı müddətlərə azadlıqdan məhrum ediliblər:
Şahin Novruzlu 6 il
Məhəmməd Əzizov 7 il 6 ay
Bəxtiyar Quliyev 7 il
Rəşadət Axundov 8 il
Rəşad Həsənov 7 il 6 ay
Zaur Qurbanlı 8 il
İlkin Rüstəmzadə 8 il
Üzeyir Məmmədli 7 il
***
Xəbər verildiyi kimi, bu gün “Nida” vətəndaş hərəkatının həbs olunmuş üzvlərinə Ağır Cinayətlər Məhkəməsində hökm oxunması gözlənilir.
Əməkdaşımızın verdiyi xəbərə görə, müttəhimlərin qohumları, yaxınları, dostları, habelə ictimaiyyət nümayəndələri məhkəməni izləmək və gənclərə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşıblar.
Polislər izdihamı binanın qarşısından çəkilməyə, üzbəüzdəki parkda toplaşmağa vadar edib.
Reportyorlarımız bildirirlər ki, məhkəmə binası önünə cəlb edilmiş əlavə polis qüvvələri qələbəliyə görə həyəcanlıdırlar və jurnalistlərə normal işləmək imkanı vermirlər.
Qeyd edək ki, dövlət ittihamçısı 8 gəncə üst-üstə 64 il həbs cəzası istəyib. Onlar “Molotov kokteyli” düzəldərək dövlət çevrilişi etmək cəhdində təqsirləndiriilirlər. Gənclər özləri və beyəlxalq hüquq müdafiəsi təşkilatları ittihamları əsassız sayır, cinayət işini qurama hesab edirlər.