Mayın 4-də Washington Hilton-da Ağ Ev jurnalistlər assosiasiyasının şərəfinə ziyafət verilib. Ənənəvi White House Correspondents’ Dinner-də ABŞ prezidenti Barak Obama və Mişel Obamanın qonaqları kino, musiqi və moda dünyasının tanınmış simaları olub.
Lyupita Nionqo, Sofiya Verqara, Cessika Simpson, İrina Şeyk, Linda Yevanqelista, Dayan Leyn, Frida Pinto, Oliviya Mann və digərləri Ağ evin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarını təbrik ediblər. Gecənin aparıcısı aktyor Coel MakHeyl olub.