Bu gün Bakı Metrosunda təşviş yaşanıb. AzNews.az xəbər verir ki, buna səbəb “Elmlər Akademiyası” stansiyasında eskalatorun işləməməsi olub.
Nəticədə 2000 mindən çox insanın stansiyanı tərk edə bilməyib və onlar arasında təşviş yaranıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, eskalator yarım saatdır ki, dayanıb, amma hələlik heç bir tədbir görülmür.