Azərbaycanlı iş adamı ilə eşq macarası yaşayan Mayra Nazarbayeva-Kurmanqaliyevaya qarşı bir neçə ittiham irəli sürülüb
Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin arvadı Mayra Nazarbayeva-Kurmanqaliyeva Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Azərfaks” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bir müddə əvvəl Bolat Nazarbayevdən boşanmış Mayra Kurnamkaliyevaya keçmiş ərinə məxsus bir neçə malikanəni dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur. M.Kurmaqaliyeva ərilə arasında problem yaranandan ölkəni tərk edərək Amerika Birləşmiş Ştatlarında yaşayıb. O, iki il əvvəl İnterpol tərəfindən Birləşmiş Ərəb Əmirliklərində saxlanılsa da sonradan hansısa səbəbdəb sərbəst buraxılıb. Nazarbayevlər ailəsinin sabiq gəlini hakim ailəyə məxsus böyük pullar və daş-qaşları da mənimsəməkdə günahlandırılır. Məlumada həmçinin onun adam oğurluğunda da şübhəli bilindiyi qeyd olunur.
Qeyd edək ki, M.Kurmanqaliyeva saxlanılana qədər azərbaycanlı iş adamı Zaur Abdullayevlə birgə yaşayıb. Onların arasında eşq macarası yaşandığı bildirilir.
Məlumata görə, prezidentin qardaşı Bolat Nazarbayev Nyu-York məhkəməsinə müraciət edərək Mayraya qarşı bir neçə ittiham irəli sürüb. O, iddia edir ki, keçmiş arvadı onun Nyu Yorkdakı Plaza otelində yerləşən 20 milyon dollarlıq mənzilini saxtakarlıq yolu ilə mənimsəyib. Bu işdə Mayranın əvvəlki nigahdan olan oğlu Daniyar da günahlandırır. İddia ərizəsinə görə, Daniyar B.Nazarbayevin etibarından istifadə edərək Plaza oteldəki mənzili anasının adına sənədləşdirib və sonradan guya ondan satın alıb.
M.Kurmanqaliyevanın Qazaxıstana təhvil verilməsi və ya onun özünün geri dönməsi barədə heç bir məlumat verilmir. Təkcə o məlumdur ki, bu müddət ərzində Mayra İnterpolun axtarışnda olub. Qazaxıstanın hüquq mühafizə orqanları onun hazırda harada saxlanıldığı barədə də məlumat verimirlər. Yaxın günlərdə Mayranın məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
B.Nazarbayevin Mayra Kurmanqaliyeva ilə nigahdan Xanbolat adlı bir oğlu var. Qazaxıstan prezidentinin qardaşı 2002-ci ildə dünyaya gəlmiş oğlunu da Mayradan almaq istəyir. Ehtimal olunur ki, Mayranın adam oğurluğunda ittiham olunması da elə 12 yaşlı Xanbolat Nazarbayevlə bağlıdır.