Onların hər ikisi yüksək mənsəbli şəxslərin övladıdır
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini təyin ediib. AzərTAcın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanıb.
Daha bir xəbərdə bildirilir ki, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Bundan başqa, prezidentin daha bir sərəncamı ilə Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
T.Əmiraslanov da Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğludur.