“Xatırlayırsınızmı uşaq vaxtlarında bizə Afrikaya gəzməyə getməmək barədə nağıllar danışırdılar? Afrika haqqında qorxulu nağılların əksinə hər şey olduqca gözəl oldu”.
Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” Jurnalının baş redaktoru Leyla Əliyeva bildirib.
Facebook səhifəsində Afrika səfəri ilə bağlı təəssüratlarını bölüşən L.Əliyeva təəssüratlarının olduqca çox olduğunu deyib.
L.Əliyevanın fikirlərini təqdim edirik:
“Gördüklərim haqqında mən öz xüsusi reportajımda danışdım. Afrika ekoloji Safarisinin təcrübəsinin yaratdığı ideyalar kimi, təəssüratlar da olduqca çoxdur. İnsan onları bizim doğma torpaqlarımıza gətirmək istəyir. Bunun üçün hər şeyin olduğunu düşünmək olar:
Həm milli parklar, həm qoruqlar, həm müvəqqəti qoruqlar, həm də xeyli sayda gözəl yerlər var. Çatışmayan sadəcə bizim “İDEA” təşkilatının səyləri ilə yaydığımız “yaşıl düşüncə” fəlsəfəsinin tərəfdarlarıdır. Bu cür vəziyyətin köklərini uzaq və yaxın tarixdə axtarmaq lazımdır. Uzun müddət bizi inandırırdılar ki, insan təbiətdən xeyirxahlıq gözləyə bilməz, o özü bunu əldə etməlidir. Bu ona qarşı əvvəlcədən aqressiv, istehlakçı mövqe tutulmasına səbəb olub. Yaxşı ki, sonda yaşanan bütün bu kataklizmlərdən sonra bizi əhatə edən sehrli dünya ilə harmoniyada yaşamaq arzusu qalib gəldi. Bununla belə bütün ölkələrin ekoloqoları təbiət qoruqlarını ziyarət edən turistlərdə həm qoruq sakinləri, həm də onun bitki aləmi üçün potensial təhlükə görürlər. Hətta əgər bir turist relikt ağacı üzərində “A+B=sevgi” sözünü yazmasa və ya köçəri quşlara atəş açmasa belə nəfsinin qurbanı olub gül və ya ağac budağını qıra bilər. Keniyada eyni məsəl nəzakətlə, lakin daima təkrar edirlər:
“Buradan təəssüratlar və fotolardan başqa heç nə aparmaq olmaz”. Biz əməllərimizin nə ilə nəticələnəcəyini bilə bilmərik. Sadə bir diqqətsizlik ekoloji fəlakətə səbəb ola bilər. Sevindirici haldır ki, yaxşı işlərin nəticələri də o cümlədən gözləntiləri ötür. Hirkan qoruğu vaxtilə yalnız unikal meşə massivinin mühafizəsi üçün yaradılıb. Lakin bu gün biz məhz orada nəsli kəsilməldə olan Qafqaz bəbirinin fotolarını çəkə bildik. Yay fəsli bizi təbiətə daha yaxın edir. Bizim əksəriyyətimiz bu fəsildə yaxın və ya uzaq səfərlər planlaşdırırıq. Mən çox şadam ki, Azərbaycanda cavan insanların böyük əksəriyyətinin yay tətili ekoloji rənglərlə boyanır. Çünki nə qədər çox insan dünya ilə harmoniya və yaradıcı əlaqələr qurursa, bizim hamımızın onun müxtəlifliyi və gözəlliyini saxlamaq şanslarımız artır”.
Azvision.az