Ukraynanın Krım Tatarları Məclisinin üzvləri və fəalların maşın karvanının qarşısını Rusiyanın Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) kəsib. Musavat.com-un məlumatına görə, onlar Mustafa Cəmil Krımoğlunu qarşılamaq üçün nəzarət-buraxılış məntəqəsinə piyada getməli olublar.
Tatarlar rusiyalı xüsusi təyinatlıların canlı səddini yarıblar. Onların əllərində Ukrayna və Krım türklərinin bayraqları var.
Krım türkləri “Mustafa!” şüarı səsləndirirlər.
Rusiyalı xüsusi təyinatlılar havaya atəş açırlar.
http://s001.radikal.ru/i194/1405/c3/64c2a22e6acd.jpg
http://s018.radikal.ru/i515/1405/3b/5d827ae80674.jpg