Müğənninin canlı performansı və rəqqaslar şouya maraq qatacaq.
Türkiyəli pop ulduz Hadisə Azərbaycana gələcək.
Müğənni may ayının 7-də Gəncə şəhərində konsert proqramı ilə çıxış edəcək.
Bu haqda prodüser Tolik İnstagram səhifəsində xəbər verib:
“Gəncə Şəhər İcra Hakimiyyətinin keçirdiyi “Gül bayramı” və ulu öndərimiz Heydər Əliyevin 91 illiyi münasibətilə türkiyəli pop ulduz Hadisə canlı performansı, rəqqasları ilə birlikdə Gəncə sakinlərinin qonağı olacaq”.