Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karellə bağlı şok iddia irəli sürülüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, model Sinem Kuyucuoğlu dünən “Bəyaz TV”də bunları deyib:
“Narkotik maddə istifadə etmək, ən sevdiyim yeməyi qarşıma qoymaq – mənə bunları ilk dəfə Tolqa Karel öyrətdi, “al bax, özünü yaxşı hiss edəcəksən” dedi. Amma buna görə onu günahlandırmıram. Həmin ərəfədə Dəfnə Coy öldü, şok oldum. Körpüdən tullanıb, intahar edəcəkdim. Sonra hər şey yoluna düşdü”.