Ötən ilin mayında yaşadığı evin yaxınlığında qətlə yetirilən alman vətəndaşı, Bakıda “Mersedes-Bens”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbərinin oğlu Vüsal Şilderin ölümünün bir il tamam olur.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə xalq artisti Flora Kərimova ona həsr olunan “Ağ göyərçin” adlı mahnının ifa edib.
Mahnının bəstəkarı Elçin İmanova, sözləri isə dayısına məxsusdur.
Vüsal Şilderin anası Mətanət xanım “Qafqazinfo”ya bildirib ki, Flora Kərimova təmmənnasız olaraq mahnını ifa edib.