“Bizim vəzifəmiz uzunmüddətli perspektiv üçün energetika təhlükəsizliyini təmin etməkdir”.
Alternativ energetikanın inkişafı Azərbaycan üçün gələcək strategiya və atmosferin ekoloji çirklənməsi nöqteyi-nəzərdən aktualdır. Və bu istiqamətdə ciddi iş aparılmalıdır.
Karbohidrat resursları məlum olduğu kimi tükənəndir, ona görə də bizim məqsədimiz neft-qaz resurslarının tükəndikdən sonra uzunmüddətli perspektiv üçün energetika təhlükəsizliyini təmin etməkdir.
Müxtəlif qiymətləndirməyə görə Azərbaycanın indiki neft və qaz ehtiyatları 70-80 ilə çatacaq, onlar isə hal-hazırda ölkədə elektrik enerjisinin istehsalatı üçün əsas mənbədir.
Bu barədə Regional İnkişaf Mərkəzinin sədri, BDU-nun professoru Çingiz İsmayılov bəyan edib.
Bununla yanaşı o hesab edir ki, yaxın 10 il ərzində alternativ enerji mənbələri ənənəvi enerji mənbələri ilə rəqabət apara bilməyəcəklər:
“Alternativ enerji mənbələrindən alınan enerjinin dəyəri elektrik və istilik enerjisindən baha olacaq. Çünki alternativ enerji istehsalı zamanı, əlçatan resurs olsa da onun əsas hissəsi isidilməsinə, çevrilməsinə sərf edilir və nəticədə FİƏ-də (faydalı iş əmsalı) çox aşağı, bir qayda olaraq 7-16% olur”, – Regional İnkişaf Mərkəzinin sədri qeyd edib.
Bu məsələdə ekspert hesab edir ki, hər şey köklü texnoloji irəliləyişdən, günəş (külək) enerjisinin elektrik enerjisinə çevrilməsi zamanı FİƏ artacağı yeni texnologiyaların yaradılmasından asılı olacaq.