FaktXəbər-in verdiyi məlumata görə, Fransa ordusunda xidmət edən hərbçilərdən ikisi Müdafiə Nazirliyini məhkəməyə verməyə hazırlaşır. Bu barədə ictimaiyyətə “Le Parisien” qəzeti məlumat yayıb. Məlumata görə, təxris olunmuş əsgərlərdə xərçəng xəstəliyinə rast gəlindiyi üçün onlar ordu rəhbərliyi barəsində iddia qaldırıblar.
Qeyd edək ki, Fransada nüvə silahlarının saxlandığı strateji hərbi hissələrdə xidmət aparan əsgərlərin bir çoxunda xərçəng xəstəliyi tapılıb. Belə ki, 1971-1996-cı illərdə Albion bazasında xidmət aparmış və təqaüdə çıxmış çox sayda əsgər hazırda bu xəstəlikdən əziyyət çəkir.
“Le Parisien” qəzetinə müsahibə verən və xərçənglə mübarizə aparan əsgərlədən biri isə deyib ki, nüvə silahlarının saxlandığı bölgədə radioaktiv maddələrin sızıntısı olduğu üçün hərbçilər bu xəstəliyə tutulublar.