Rusiya prezidenti Vladimir Putin özünün və baş nazir Dmitri Medvedevin aylıq əmək haqqının 2,65 dəfə artırılması haqda fərman imzalayıb.
Modern.az saytı xəbər verir ki, bununla bağlı sənəd Kremlin saytında yerləşdirilib. Ötən həftənin sonunda Rusiyanın dövlət başçısı və Nazirlər Kabinetinin rəhbəri öz gəlirlərini açıqlayıblar. Hər ikisinin gəliri 2012-ci illə müqayisədə az olub. Məlum olub ki, Putin ötən il 3,673 milyon, Medvedev isə 4,259 milyon rubl qazanıb.
Bundan əvvəl Putin Rusiyanın bütün məmurlarının əmək haqların da artırıb.
Qeyd edək ki, 2013-cü ildə Putinin aylıq maaşı 128 min rubl olub.