receb 4

“Recep İvedik 4” filmi Türkiyənin film tarixində rekord qırıb.

Baş rolda Türkiyənin məşhur aktyoru Şahan Gökbakarın oynadığı film türk kino tarixində ən çox izlənən kino olub. AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, nümayişinin 7-ci həftəsində filmi 6 milyon 912 min 803 nəfər izləyib.

Filmin bu müddət ərzində əldə etdiyi gəlir isə 68 milyon 420 min türk lirəsi olub.

Qeyd edək ki, “Recep İvedik 4” filmi Azərbaycanda da böyük marağa səbəb olub. “Nizami” kinoteatrında nümayiş edilən film anşlaqla izlənilib.