BRUSLI CAKNORIS

 

“Mən hər zaman rəqibə mümkün qədər yaxın olmağa, hər şeyi mümkün qədər tez etməyə çalışmışam. Görürsünüz, indi də bunu edirəm (anidən qarşıya hərəkət edir)”.

Bunu məşhur aktyor Çak Norris bu günlərdə verdiyi müsahibələrdən birində deyib.

“Brüs Li haqqında nə düşünürsünüz” sualına isə tanınmış aktyor belə cavab verib: “Brüs Li ilə biz yaxşı dostlar idik. Təxminən 3 ilə yaxın birlikdə məşq eləmişik. Sonra o özünü karate və kinoya həsr etmək üçün Honq-Konqa getdi. İki il onun haqda heç nə eşitmədim. Birdən zəng edib dedi ki, orada iki film çəkib və hər ikisi uğurlu alınıb. İndi elə bir səhnə çəkmək istəyirəm ki, həmişəlik yadda qalsın. İstəyirəm ki, sən də həmin səhnədə mənim rəqibim olasan.

Həmin vaxt mən dünya çempionu idim. Soruşdum ki, həmin səhnədə qalib kim olacaq? O dedi: “Əlbəttə ki, mən. Axı filmin ulduzu mənəm”. Mən də dedim ki, “İştahın pis deyil. Dünya çempionunu döymək istəyirsən”. Mənə cavabı nə olsa, yaxşıdır? “Yox, dünya çempionunu döymək istəmirəm. Öldürmək istəyirəm”, – dedi. O məni öldürmək istəyirdi (gülür)”.