Stress və problemlərlə dolu həyat tərzində sağlamlığı qorumaq çətin məsələdir. Hazırda kişilərin qorxduğu bir problem də cinsi aktivliyin azalmasıdır.
Beləliklə, qorxduğunuzun başınıza gəlməməsi üçün bu məsləhətlərə diqqət edin:
1. Araşdırmalar göstərir ki, cinsi aktivliyin azalmasına ilk növbədə qida rasionu təsir edir. Az meyvə- tərəvəz, bol yağlı yeməklər təkcə ürəkdə problemlər yaratmır. Qan dövranının pozulması ilk növbədə potensiyanı aşağı salır.
2. Piylənmə və qarından qaçın. Daha çox idman edin. Təmiz havada edilən idman orqanizmin daim cavan qalmasına yardım edir.
3. Qan təzyqindən və xolesterindən uzaq olun. Yüksək xolestrol və qan təzyiqi damarlara ziyan vurur. Unutmayın ki, cinsi orqana gedən damarlar daha həssasdır.
4. Alkoqoldan uzaq durun. Spirtli içkilərin qəbulu potensiyaya təsir edir. Alkoqolizm isə qaraciyərin məhvinə səbəb olur. Disfunksiya nəticəsində sizin cinsi aktivliyinizi öldürür.
5. Oturaq həyatdan imtina edin. Araşdırmalar sübut edib ki, oturaq həyat tərzi cinsi fəallığı azaldır. Qaçış, üzgüçülük isə itmiş gücün bərpası üçün əvəzsizdir. Çox velosiped sürmək də məsləhət görülmür.
6. Qandakı kişilik hormonlarını qoruyun. Sübut olunub ki, 50 yaşda bu hormonlar kişilərdə kəskin azalır. 40 yaşdan sonra isə hər il bu hormonların sayı 1.3% aşağı düşür. Odur ki, yuxarıdakı məsləhətlərə əməl edin.
7. Dopinqdən uzaq qalın. Xüsusi ilə gözəgəlimli bədən quruluşuna üstünlük verib cazibədar görünmək istəyənlər, həddindən artıq protoein qəbul etməklə əzələləri inkişaf etdirməyin. Sonradan bu cazibəli görünüşün əvəzində impotensiya ilə qarşılaşa bilərsiniz.
8. Siqaretdən imtina edin. Nikotin qan dövranını pozur. Bu da sonradan cinsi aktivliyin aşağı düşməsinə səbəb olur.
9. Təhlükəsiz seksə üstünlük verin. Cinsi əlaqə zamanı qoruyuculardan istifadə edin. Yoluxucu xəstəlik həm də həyatınız bahasına başa gələr.
10. Stressdən qaçın. Psixoloji pozuntular və stress cinsi həyatın düşmənidir. Adrenalinin artması yenə də qan dövranına təsir edir. Bunun nəticəsi isə sizin başınızda çatlaya bilər.