Türkiyədə məhkəmə YouTube videosaytına girişin bağlanması barədə qərarın qüvvədə saxlanması barədə qərar verib.
APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, Ankaranın Gölbaşı Cinayətlər Məhkəməsi bu qərarını cinayətə səbəb olan materialların YouTubedən qaldırılmaması ilə əsaslandırıb.
Qeyd edək ki, məhkəmə aprelin 4-də YouTubea girişin qadağan olunması barədə qərarı ləğv etmişdi. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə YouTubea daxil ola biləcəkdilər. Lakin aprelin 5-də gecə saatlarında qərar dəyişdirilib.
Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.