“iPhone 6” iyun ayında satışa çıxarılacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Çinin ən böyük media quruluşlarından biri olan “Commercial Times” yayıb.
“iPhone 6″ın qiyməti hələ də müəyyən deyil. Apple-ın tədarükçüsü mövqesindəki TSMC adlı şirkət fevral ayında “iPhone 6″da istifadə ediləcək olan A8 prosessorların istehsalına başladığını eşitdirib.
Digər tərəfdən “iPhone 6″ın nə vaxt bazara çıxarılacağı haqqında məlumat verilməsə də, hər il olduğu kimi Apple yeni “iPhone”un təqdimatını sentyabr ayında edəcəyi bilinir.
“iPhone 6″ın elə bu aydan satışa təqdim edilməsi gözlənilir.