D18 Hərəkatının sədri Ruslan İzzətli Rusiyanın Ukrayna ərazi bütövlüyünə qarşı atdığı addıma mövqe bildirib. Hərəkat sədri açıqlamasında Rusiyanın Misk qurupunda çıxarılmasın tələb edib.
Ruslan İzzətli: “ Rusiyanın Gürcüstandan sonra Ukraynanın ərazi bütövlüyünə qarşı atdığı separatçı addım, bir daha göstərdi ki, Rusiya MDB məkanında olan konfiliktlərin həllində maraqlı deyil, əksinə konfilikt ocaqlarının yaranması Rusiyanın imperiya siyasətinə daha uyğundur. Azərbaycan 20 il öncə Ukraynanın yaşadığı durumu yaşayıb. Bu gün Krım olayı, 20 il öncə Qarabağ olayının bir oxşarı və eyni siyasətin davamıdır. Rusiyanın konfilikt ocaqlarının yaratması, bir daha göstərir ki, o kinfiliktlərin həllində yox, daha da güclənməsində maraqlıdır. Rusiyanın apardığı siyasət bir daha göstərdi ki, Minsk qurupu çərcivəsində atacağı addımlar subyektiv və konfiliktin güclənməsi yönündə olacaq. D18 Hərəkatı olaraq tələb edirik ki, Rusiya Minsk qurupundan çıxarılsın. Almaniya Minsk qurupuna salınsın.”