rusvet 17 dekab r

Türkiyənin keçmiş Avropa Birliyi naziri Egemen Bağışın dünən yayılan telefon danışıqlarında 500 min dollar götürdüyü iddia edilirdi. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, o iddiaların ardından rüşvət görünüşlərinin videosu da internetdə yayılıb. Twitter-də Haramzadeler333 hesabından yayılan videonun əvvəlində Azərbaycan əsilli iş adamı Rza Zərrabın Egemen Bağışı axtararaq “Hörmətli nazirim, uyğun bir zamanınızda sizə uğrayaraq, bir çayınızı içmək istəyərəm”, – dediyi yer alıb. Egemen Bağışa aid olduğu iddia edilən səs bu istəyi müsbət qarşılayır və  16:00-dan 18:00-a qədər ofisdə olacağını çatdırır.

“Pulu ayaqqabı qutusuna qoyun”

Rza Zərrab bu görüşmədən sonra Abdullah Habbani adlı şəxs ilə görüşərək 500 min dolları necə və hara gətirəcəyini söyləyir. Bir müddət sonra Rza Zərrab eyni adamı axtararaq motorlu qayığın nizamlanıb-nizamlanmadığını soruşur. Qeydlərdə motorlu qayığın Əbru Gündeş üçün bir şey gətirmək üçün vəzifələndirdiyini, bundan sonra axtaracağını çatdırır. Rza Zərrab da motorlu qayığın bir an əvvəl nizamlanmasını istəyir. Rza Zərrab Abdullah Habbani adlı şəxsə bir ayaqqabı götürərək pulu ayaqqabı qutusunun içinə qoymasını söyləyir.

“Avro deyil, dollar, aman ha”

Daha sonra avromu, dollarmı dediyini xatırlaya bilməyən Zərrab adamına telefon açıb, “Dollar nizamladın deyilmi? Avro deyil, aman ha” deyərək pulun dollar olaraq qoyulması istəyini təkrarlayır.

Rza Zərrabın təyin olunan saatlar arasında danışılan yerdə olduğu da yazılır. Qeydlərdə Rza Zərrabın qoruyucusu olduğu iddia edilən adam kürəyindəki pul dolu qutunu götürərək Rza Zərraba təslim edir və o da AB Nazirliyi qapısından içəriyə girir. Bir müddət sonra nazirlik bürosundan çıxan Zərrab qoruyucusu və sürücüsü ilə birlikdə hadisə yerindən uzaqlaşır.