<p”>Ukraynanın baş naziri Arseni Yatsenyuku qəbul edən ABŞ prezidenti Barak Obama Ukraynaya dəstəyini ifadə edib. Rusiyanın Krıma hərbi müdaxiləsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirən Barak Obama,Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.
Yatsenyuk daha sonra Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbərliyi ilə görüş keçirəcək. Martın 13-də isə Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının nümayəndələri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.