İngiltərədə müəllimənin şagirdinə erotik məzmunlu şəkil və mesajlar göndərməsi ona baha başa gəlib.
ANS PRESS-in xəbərinə görə, İngiltərədə yaşayan 28 yaşlı müəllimə Delta Ferneyhoyun özündən 13 yaş kiçik şagirdi ilə cinsi münasibət qurduğu ortaya çıxıb.
Hadisə uşağın anasının müəllimdən gələn “salam, yaraşıqlı” mesajını görməsindən sonra məlum olub. Oğlundan mesajın nə mənaya gəldiyini soruşan ana nəhayət ki, öyrənə bilib.
Məsələni aydınlaşdıran ana dərhal müəllimə ilə əlaqə saxlayıb. O, müəlliməyə istefa verməyəcəyi halda məktəb rəhbərliyinə şikayət edəcəyini bildirib. Müəllimə isə istefa etməməsilə hadisədən xəbər tutan məktəb rəhbərliyi polisə müraciət edib.
İstintaqın aparılmasından sonra məktəbdən qovulan müəlliməyə 2 il həbs cəzası verilib. Bununla yanaşı, qanunlara görə Ferneyhoy artıq 10 il ərzində 16 yaşından kiçik kişilərdən uzaq durmalıdır.