whatsapp_3gny878787

 

Dünyanın ən populyar və böyük sosial şəbəkəsi olan Facebook-un 19 milyard dollara satın aldığı WhatsApp messenceri Android əməliyyat sistemi əsasında çalışan smartfonlar üçün olan versiyasını yeniləyib.

Milli.Az The Next Web-ə istinadən bildirir ki, yenilənmiş WhatsApp-da istifadəçinin yollaya biləcəyi ismarıcların maksimal həcmi artırılıb. Bundan başqa, göndərişi sürətləndirmək üçün kamera yarlığı əlavə olunub. WhatsApp vicetinin əsas ekranında oxunmamış mesajlara da baxmaq olar.
Yeniliklər arasında istifadəçinin bu proqramdan istifadə edən dostları üçün WhatsApp-a abunə ödənişini reallaşdıra bilmək imkanı da var.

Ən başlıcası isə odur ki, istifadəçi WhatsApp-dan son istifadə zamanı, onun profil fotosu və durumunu kimlərin görüb-görməyəcəyini özü seçəcək.
Fəqət istifadəçi “son görünmə vaxtı”nı qapadırsa, siyahıdakı digər istifadəçilərin də “son görünmə vaxtı”nı görə bilməyəcək.

WhatsApp-ın Android əməliyyat sistemi üçün yeni, 2.11.186 adlı versiyasında proqramın əsas səhifəsində oxunan mesajların sayı artırılıb.
Yeniliklərdən yalnız Android-in ən azı 3-cü versiyası olan smartfon və ya planşet sahibləri yararlana bilərlər.

Yenilənmələr bunlarla bitmir.

Sony smartfonlarındakı “emoji” problemi aradan qaldırılıb, Samsung Note 3 və Sony smartfonlarındakı səsli mesaj funksiyasındakı fəsadlar çözülüb.

Ən nəhayət, noutbuk və desktop kompüterlərdə WhatsApp-dan yararlanmaq istəyənlər “BlueStacks App Player” adlı proqramdan istifadə edə biləcəklər.