Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər, xüsusilə Ukrayna ətrafında baş verən hadisələr fonunda yenidən gündəmə gəlib. “Axar.az” olaraq Vanqanın 2011-2016-cı proqnozları barədə NTV kanalının hazırladığı süjetləri bu gündən başlayaraq, təqdim edirik. Beləliklə, birinci veriliş: Üçüncü Dünya Müharibəsi Şərqdən başlayacaq.
Bolqar ekstrasens Vanqa illər öncə deyib. Vanqaya görə, müharibə məhz Şərqdən başlayacaq. Bəs, bu proqnoz özünü doğruldurmu? Vanqanın verdiyi proqnozun tam mətni aşağıdakı kimidir: “2011-ci il özəl il olacaq. İnsanlar dəyişəcək. Bütün dünya dəyişəcək. Şimalda hər şəyi məhv edən kimyəvi yağış yağacaq. Yazda şərqdə müharibə başlayacaq. O Üçüncü Dünya Müharibəsinə səbəb olacaq. Apokalipsis (qiyamət) gələcək! Kimyəvi silah, boş Avropa”. Əgər tarixə nəzər salsaq, kor ektrasensin dediklərinin həyata keçdiyini görmüş olarıq. Yaponiyada zəlzələ, ardınca Fukisima AES-nin dağılması, bundan sonra isə zəhərli yağışların başlanması bu proqnozların həqiqiliyinin sübutudur. Müharibənin Şərqdə başlayacağını deyən görücü bununla da qiyamətin yaxınlaşdığını vurğulayır. Bəs Şərq deyəndə məhz hara nəzərdə tutulur?
Əgər Vanqanın dedikləri 2011-ci ilə aiddirsə və yazı nəzərdə tutursa, o zaman bu suala yalnız bir cavab var: Suriya! 2011-ci ilin martından etibarən Bəşər Əsəd rejiminə qarşı etirazlar başladı. Ölkədə savaşan müxalifətə qərbdən dəstək gəldi. Xaos Suriyanı qucağına aldı. Yaranmış böhran daha da genişləndi. Vanqa məhz Suriyanın dünyanın başına bəla olacağını bildirir. O, 2016-ci ildə Avropanın bu bəla ilə qarşı-qarşıya qalacağını və tamam çökəcəyini söyləyir…