Rus dilinin dövlət dili olmasınasa “yox”…
Ukraynanın “1+1” kanalı internet istifadəçiləri arasında “Ümumxalq internet referendum”u adlı sorğu keçirib. Sorğuda 3 sual və hər suala 2 cavab haqqı respondentlərin ixtiyarına buraxılıb.
“Ukrayna NATO-nun tərkibinə qoşulmalıdırmı” sualına 80 minə yazın respondent “hə” cavabı verib. 35 min nəfər isə bununla razılaşmayıb.
Digər sorğu “Ukrayna Avropa Birliyinə qoşulmaq üçün müraciət etməlidirmi” sualını daha 88 mindən artıq insan (77%) müsbət cavablandırıb. 25 min (23%) isə bu fikirlə razılaşmayıb.
Ən maraqlı sual isə “Ukraynada 2 dövlət dili (ukrayna və rus dili) olmasını istəyirsinizmi” olub. Bu dəfə respondentlərin 48850 (43 %) hə desə də, 65096 nəfər buna etiraz edib.
Redaksiya qeyd edib ki, bu sorğu rəsmi mövqe deyil, amma oxucuların aktivliyi həddindən çox olub.