“İnqilablar tez-tez elə ertəsi gündəcə yerində döyməyə başlayır. Ancaq hazırkı Ukrayna inqilabı Putinin sayəsində “uzanan bal ayı”nın həzzini yaşayır”
Musavat.com-un məlumatına görə, bu sözlər “Əsrin bölüşdürülməsi: Rusiyanın kommunizmdən kapitalizmədək ağılsız sıçrayışı” kitabının müəllifi, Kanada parlamentinin deputatı Kristiy Frilendin “The New York Times”dakı məqaləsindəndir.
“Putinin Ukraynanın xarici və ticarət siyasətinə qarışması öncə qiyama stimul verdisə, birbaşa müdaxiləsi nə qədər paradoksal da olsa, bu qiyamın uzunmüddətli uğur qazanmaq şansını artırdı” – yazır müəllif.
“Ola bilsin, Ukrayna inqilabını qeyri-peşəkarlıq və ya daxili didişmələr böhrana salsın. Ancaq Kremlin müdaxiləsi və Yanukoviçə nifrət ukraynalıları daha sıx birləşdirir. Ukrayna indi hökumətin hesabına deyil, xalqın özünü təşkili və onun insan ləyaqəti hissinə görə mövcudluğunu saxlayır”, – deyə məqalədə bildirilir.
Müəllifi sözlərinə görə, konflikt böyük bir müharibəyə də çevrilə bilər: “Mümkündür ki, Krım həmişəlik Ukraynanın tərkib hissəsi olmasın. Ancaq nə olur-olsun, yaxın aylarda və ya hətta illərdə Putin və onun avtoritar, Rusiyanın hegemonluq edəcəyi keçmiş sovet məkanı konsepsiyası artıq uduzub. Demokratik, müstəqil Ukrayna və Avropa ideyası isə qalibdir”.