İrəvanda Nikolay Karapetyan adlı 67 yaşlı kişi Maliyyə Nazirliyinin qarşısında özünü yandırmaq istəyib. ANS PRESS-in məlumatına görə, üzərinə benzin töküb özünə od vurmaq istəyən kişinin videogörüntülərini və fotolarını news.am saytı yayıb. Lakin Karapetyanın bu cəhdinin qarşısını polislər alıblar.
Kişinin sözlərinə görə, onun 88 yaşlı anası SSRİ dövründə banka qoyduğu pulları almadan dünyasını dəyişib.
Paralel olaraq erməni pensiyaçıları İrəvanda “Biz etiraz edirik!” aksiyası keçirirlər. Onlar respublikada pensiya sistemində tətbiq edilən məcburi pul yığımına etiraz edirlər. Aksiya iştirakçıları hətta əllərində “Biz pulların sızdırılmasına etiraz edirik”, “Biz öz maaşımızın sahibiyik” kimi şüarlar səsləndirirlər.