Rusiyanın Kırıma ordu yeritməsindən sonra ilk dəfə NATO-Rusiya arasında toplantı keçirilib.
Bu barədə türk mediası məlumat yayıb. NATO-nun Baş katibi Anders Rasmussen Rusiya ilə keçirilən toplantıda alınan qərarlarla bağlı mətbuat konfransı keçirib. Toplantıda NATO-nun Rusiya ilə suda ortaq əməkdaşlıq planı dondurulub, hərbi toplantılar dayandırılıb, NATO-Rusiya işbirliyinin yenidən gözdən keçirilməsi qərara alınıb.