Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Rusiyanın Qara dənizdəki hərbi donanmasının çıxarılmasını istəyir. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, prezidentliyə əsas namizədlərdən biri hesab olunan Timoşenkonun fikrincə, son hadisələr bu donanmanın təkcə hərbi qeyri-stabillik ocağı yox, həm də müharibə mənbəyi olduğunu göstərib: “Ona görə də Qara dəniz hərbi donanması təcili Ukraynadan yığışdırılmalıdır”.
“Batkivşina” partiyasının lideri keçmiş prezident Viktor Yanukoviçi cinayətkar adlandırıb və onun cinayət məsuliyyətinə cəlb olunacağını vurğulayıb.