QOÇ –( Mart 21 – Aprel 20 )
Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olardı ki, nahardan sonra işə ara verib bir qədər dincələydiniz. Çünki axşam saatlarında astral bədəniniz zəifləyə bilər.
BUĞA – (Aprel 21 – May 20)
Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.
ƏKİZLƏR –(May 21- İyun 21)
Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın.
XƏRÇƏNG –(İyun 22 – İyul 22)
Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı problemləriniz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.
ŞİR – (İyul 23 – Avqust 23)
Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək iqtidarında deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra səfərə çıxın.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.