Fransada süni ürək nəql edilən xəstə həyatını itirib.
Əməliyyat ilk dəfə Parisdəki “Geoges-Pompidou” xəstəxanasinda ,76 yaşındakı kişinin üzərində həyata keçirilib.
İnək dərisindən hazırlanmış süni ürəyin nəql edildiyi xəstə əməliyyatdan 2.5 ay sonra bazar günü dünyasını dəyişib.Xəstənin ölüm səbəbini dəqiqləşdirmək üçün araşdirmalar aparılır.
Əməliyyatda iştirak edən həkim “Christian Latremouille” xəstənin 1 ay yaşayacağını düşündüklərini və 2.5 ay yaşamasından cəsarətləndiklərini bildirib.İlk süni ürək əməliyyatını həyata keçirmək üçün şərait yaratdiqlarına görə xəstə və onun yaxınlarına təşəkkür edib.
Süni ürəyin nəql olunması fikrini ilk dəfə 20 il əvvəl Dr.Alain Carpentier irəli sürmüşdür və onun başçılığı ilə Parisdə yerləşən Carmat adlı şirkət tərəfindən hazırlanmışdır.Ürəyin hazırlanmasında laxtalanma yaranmasın deyə plastik maddələr əvəzinə inək dərisindən istifadə olunub.Protez ürək 18 dekabrda,16 mütəxəssisin iştiraki ilə 76 yaşındakı kişi xəstəyə nəql olunmuşdu.Əməliyyat 10 saat davam edib.
Normal ürəyin funksiyasını yerinə yetirərək qan dövranını təmin edən pratezin dünyadaki 100 000 xəstəyə ümid olacağı gözlənilir.
Süni ürəyinçəkisi 900 qr-dır,qiyməti isə 140000-180000 avro arasinda dəyişir.Fransada normal ürək nəqli isə 250 000 avroya başa gəlir.
Ayişə Əhmədova