ABŞ tərəfindən sanksiyalar tətbiq olunsa, Rusiya dollardan imtinaya məcbur olacaq. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin regional iqtisadi inteqrasiya üzrə müşakirə Sergey Qlazyev deyib.
“Biz baş valyutalara keçməli, öz hesablaşma-ödəmə sistemimizi yaratmalı olacağıq. Bizim hər Şərqdə, həm də Cənubda müttəfiqlərimizlə gözəl ticari-iqtisadi əlaqələrimiz var və ABŞ-dan maliyyə asılılığımızı sıfıra endirmək üsulunu tapacağıq. Bu sanksiyalardan özümüz üçün böyük fayda ilə çıxacağıq”, – Putinin müşaviri bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiya müəssisələri və vətəndaşlarının hesablarını dondurmaq qərarına gəlsə, Moskva Rusiya strukturlarına Amerika bankları tərəfindən verilmiş kreditləri qaytarılmasının qeyri-mümükünlüyünü tanıya bilər: “Əgər ABŞ bizim aktivləri dondursa, təşkilatlarımızın dollarla olan passivləri də dondurulacaq. Bu isə o deməkdir ki, bizim bank və müəssisələrimiz amerikalı partnoyorlarına istiqrazları qaytarmayacaqlar”.