ABŞ-ın dövlət katibi Con Kerri bu ilin sonunda Ermənistana səfər edəcək. musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Ştatların Ermənistandakı səfiri Con Xeffern deyib.
Onun sözlərinə görə, Kerri regiona, Türkiyəyə səfəri çərçivəsində İrəvana baş çəkəcək. Diplomat ABŞ xarici siyasət idarəsi başçısının Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu da qeyd edib.
musavat.com