Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizinsə partlayış baş verib. Deyerler.org-un məlumatına görə, bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində bildirib.
O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrildə baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb.
“Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik”, – deyə Natiq Ədilov bildirib.
O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq”.
Deyerler.org