Krım Muxtar Respublikasının parlament sədri Vladimir Konstantinov NATO-nu ittiham edib. Modern.az “Ria Novosti” yə istinadən xəbər verir ki, spiker NATO ordusunun Krıma girməsi zamanı baş verəcək insan ölümlərinə görə sözgüdən beynəlxalq təşkilatın məsuliyyət daşıyacağını bildirib. Onun sözlərinə görə NATO-nun iştirakı ilə silahlı qarşıdurmaların yaranması zamanı bunun əsas səbəbkarı özü olmayacaq. “Biz NATO-dan bura gəlmələrini istəmədik. Bu torpaqlar rus dünyasına aiddir. Rica edirəm bunu heç kim yaddan çıxarmasın”-deyə parlament sədri qeyd edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.