Müğənni-bəstəkar Emin Ağalarov “Ya luçşe vsex jivu” (“Mən hamıdan yaxşı yaşayıram”) adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Axşam.az-ın məlumatına görə, klip üzərində məşhur rejissor Aleksandr Solohonun yaradıcı komandası çalışıb. Ekran işinin operatoru Maksim Osadçidir.
Qeyd edək ki, “Ya luçşe vsex jivu” mahnısı Eminin rus dilində oxuduğu mahnıların yer aldığı “Na krayu” (“Kənarında”) albomuna daxildir.