bilal erdogan

Məsələ qərb mətbuatında öz əksini tapıb və “Reuters” bu gün həmin səs yazısına xüsusi məqalə həsr edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın qalmaqallı ikinci səs yazısı da “Youtube”a yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, Bilal Ərdoğanla anası Əminə Ərdoğan arasında olduğu bildirilən səs yazısında yenə də evdə qalmış 30 milyon avro məsələsindən bəhs edilir. Bilal Ərdoğan soruşur: “Sən pulları əritdinmi?” Anası isə cavab verir: “Pulları işləyəcəyik”.

Bilal Ərdoğan: Barış mənə dedi ki, pulları əridin. 30 milyon avro qalıb.
Əminə Ərdoğan: 30 milyon avromu?… Yetəcəkmi sənə?
Bilal Ərdoğan: Bilmirəm, gəmi-filan almalıyam.
Əminə Ərdoğan: Sənə iki layihə göndərəcəm. Onları təcili gerçəkləşdirmək lazımdır.
Bilal Ərdoğan: Pulları həmin layihələrin yerinə sayarıq. Pulları orda əridərik.
Daha sonra Bilal Ərdoğan nazir balalarının tutulmasından bəhs edir.

Qeyd edək ki, bu məsələ qərb mətbuatında öz əksini tapıb və “Reuters” bu sabah həmin səs yazısına xüsusi məqalə həsr edib.