Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

22 il öncəyə aid xırda və kədərli xatirə…

Azər AYXAN
27/02/2014 14:11
0
BAXIŞ
FacebookTwitterTelegram
azer ayxan kose 1
1992-ci ilin 26 fevral günüydü. Səhər saat 9 radələri olardı. AXC-nin o vaxtkı qərargahında (hazırda o binada Səbayel RİH yerləşir), 3-cü mərtəbədə “Yeni Müsavat”ın çapdan yenicə çıxmış növbəti sayını iç-içə qoyub yayım firmalarına təhvil verməyə hazırlaşırdıq.
O vaxtkı iqtidar qəzetin “Azərbaycan” nəşriyyatında çapına qeyri-rəsmi qadağa qoymuşdu. Ona görə də Sumqayıtdakı köhnə mətbəədə kustar yolla çap olunurduq. 8 səhifəlik qəzetin 4 səhifəsi ayrı, qalan 4 səhifəsi isə ayrı olurdu. 13 min tirajı əlimizlə iç-içə qoyub, mətbuat yayımı firmalarına çatdırırdıq.
Səhərə kimi ən azı Bakı və Sumqayıtda yayılan tirajı, hardasa 7-8 min nüsxəni hazır etməliydik, rayonlara gedəni isə bir az gec də təhvil vermək mümkün idi. AXC-nin qərargahında, Cəbhənin informasiya şöbəsində “Yeni Müsavat”a 1 otaq verilmişdi. Biz yuxarıda bəhs etdiyim prosesi – qəzeti yayıma hazırlamağı – o otaqda icra edirdik. Həmin vaxt informasiya şöbəsinin rəhbəri Niyazi İbrahimli idi (sonralar Müsavatın baş katibi oldu).
Hamı Xocalıdan xəbər gözləyirdi. Çünki neçə gün idi şəhərin mühasirəsinin daraldığı haqda məlumatlar vardı. Birdən Niyazi bəy otağa girib “ermənilər Xocalını işğal edib, xeyli adam öldürülüb, uşaq-qadın-qoca-cavan demədən ermənilər qırıb camaatı” dedi. Ağdam AXC-nin qərargahından verilmişdi xəbər. Prezidentin mətbuat xidməti də Xocalı ilə bağlı rəsmi məlumat yaymışdı. Məlumatda şəhərin işğal faktı təsdiqlənirdi. Amma cəmi 2 nəfərin öldürüldüyü deyilirdi. Təsvir edilməsi mümkün olmayan səhnə idi. Bir yandan gözlərimiz dolub boşalırdı, bir yandan da qəzəb bizi boğurdu. Əlimiz işdən soyumuşdu. Niyazi İbrahimli Mütəllibov iqtidarının ünvanına kəskin ifadələr ünvanlayırdı: “Neçə gündü bunlara deyirik ki, şəhəri alacaq ermənilər, mülkü vətəndaşları çıxardın ordan, müdafiəni gücləndirin, kömək yollayın, bizə deyidilər təxribatla məşğul olmayın.”
Ortalıq bir az sakitləşəndən sonra Rauf bəy “Yazıq Vətən…” deyib köksünü ötürdü. Onun o ifadəsi indiyədək yadımdadı. Gerçəkdən də yazıq oldu Vətənimizə. Hələ də o yazıqlıq davam edir. Malesef…

 

DAHA ÇOX OXU

Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
Flash

Dəniz atları – HEKAYƏ

25/01/2023 13:02
1-MANŞET

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

04/01/2023 15:18
Flash

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

28/12/2022 10:02
Flash

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

28/12/2022 10:01
Köşə

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq…

28/12/2022 10:00
SON XƏBƏR

Tağı Əhmədov işdən çıxarıldı

Yanukoviç Rusiyaya sığındığını bəyan etdi: “Qanuni prezidentəm”

Ruslana: cariyələr və siyasət

Xəbər lenti

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.