Səmimi halda sarışın xanımlarla rəqs edən Ağaoğlu kameralara tuş gəlib
Məşhur türkiyəli iş adamı Ali Ağaoğlunun maraqlı fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, 59 yaşlı biznesmen ötən gecə əylənmək üçün məşhurların toplandığı məkanlardan biri olan Shot Bistro Lounge bara üz tutub. Ali bəy orada qızlarla əylənib.
Səmimi halda sarışın xanımlarla rəqs edən Ağaoğlu kameralara tuş gəlib. Yaxın münasibətdə olaraq xanımlarla əylənən iş adamının fotoları sosial şəbəkəyə yüklənib. Həmin fotolar yükləndiyi andan etibarən medianın gündəmini zəbt edib.
Qeyd edək ki, Ali bəy “Ağaoğlu” şirkətlər qrupunun prezidentidir. Fərqli iş adamı profili ilə tanınan Ali bəy biznesi ilə yanaşı lüks avtomobilləri ilə də hər zaman medianın mərkəzində olub. 4 dəfə ailə həyatı qurub, bundan başqa bir neçə sevgilisi olub. 5 övladı var dörd oğlan bir qız.
Ötən ilin mart ayında “Forbes” jurnalı araşdırma nəticəsində məlum olub ki, Ali Ağaoğlunun 2,7 milyard ABŞ dollar sərvəti var.
http://s52.radikal.ru/i137/1402/82/3246d8378271.jpg
http://s003.radikal.ru/i204/1402/91/42231ed6a4da.jpg
http://i054.radikal.ru/1402/b6/0971b87202fa.jpg