Alim qadın universiteti striptiz bara dəyişdi
Bəən quruluşunu formaya salmağa qərar vermiş alim qadın rəqsə o qədər aludə olub ki, ağ laboratoriya xalatını striptiz kostyumuna dəyişib.
ANS PRESS-in “Daily Mail”a istinadən verdiyi məlumata görə, Rebekka Sleyn bir neçə il əvvəl Sanderlend universitetinin hörmətli elmi işçilərindən olub. O, bütün gününü xalatda və praktiki ayaqqabıda keçirərək tibbi kimyadan mühazirələr oxuyub.
Britaniyalı qadın doktor dissertasiyasını hazırlayan zaman, artıq özünü formaya salmağın vaxtı çatdığına qərar verib və bu məqsədlə boru ilə rəqs dərslərinə yazılıb. Qadının sözlərinə görə, o, hobbisinin bütün həyatını dəyişəcəyini ağlına belə gətirməyib. Doktorluq dərəcəsini aldıqdan sonra başa düşüb ki, o, universitet pedaqoqluğu ilə rəqs arasında seçim etməlidir.
Keçmiş elmi işçinin gələcək fəaliyyəti onun spektik xarakterli eks-həmkarlarını heyrətə salıb. Rebekka Britaniyada çoxsaylı rəqs müsabiqələrində iştirak edib və hətta nüfuzlu “UK Pole Professional Cup” mükafatına layiq görülüb.
Elmlər doktoru peşəsini dəyişəndən sonra rəqs dərsləri verməyə və eyni zamanda yerli “Smitin Evi” barında çıxış etməyə başlayıb.
Rebekka həyatını dəyişməsindən heç də narazı olmadığını deyib: “Çoxları mənim hədər yerə yüksək təhsilimi rəqsə dəyişməyimi deyirlər. Ancaq bu belə deyil. Mən əvvəlki işimi və elmi sevirdim, lakin sanki nəfəs ala bilmirdim. İndi mən 150-yə yaxın insana rəqs öyrədirəm – bu mənim etdiyim ən yaxşı işdir! Mən əsasən ailə zorakılığına məruz qalanlarla işləyirəm və bilirəm ki, rəqs onlara reabilitasiya mərhələsini keçməkdə kömək edir. Tələbələrimin daha sağlam və özlərinə inamlı gördükdə mən bundan zövq alıram. Biz bir birimizdən ilham alırıq və bu doğrudan da superdir!”
http://i031.radikal.ru/1402/0b/0a31990b3439.jpg
http://s006.radikal.ru/i215/1402/51/cf0f5992fcc8.jpg
http://s45.radikal.ru/i109/1402/83/dfbd3dedc89a.jpg
http://s018.radikal.ru/i514/1402/2d/aae03666987c.jpg
http://s002.radikal.ru/i199/1402/3a/04d6246fd1fe.jpg
http://s017.radikal.ru/i427/1402/cc/503df35f3256.jpg