hulya avsar

 

Sənətçi 50 yaşında olsa da, hələ də formunu saxladığını, qocalmadığını bir daha göstərib
“Yetenek Sizsiniz Türkiye” telemüsabiqəsinin münsiflər heyətinin üzvü sənətçi Hülya Avşar hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, “Yetenek sizsiniz Türkiye”nin dünən gecə yayımlanan yarımfinalında Hülya Avşar gözlənilməz addım atıb.

Yarışmada “roma stulu”nda gövdənin qaldırılması üzrə iştirak edən Babək Salehpur Qarqari bu hərəkəti 7000 dəfə edəcəyini iddia edib.

Hülya Avşar da öz növbəsində bu hərəkəti rahat edə bildiyini, hətta məşqlərdə 250-yə çatdığını bildirib.

Bunu eşidən digər münsiflər və tamaşaçılar təəccübləniblər. O isə sübut etmək üçün tamaşaçıların alqışları ilə səhnəyə çıxıb.

Hülya avşar səhnədə 152 dəfə gövdəsini qardırıb endirərək hamını heyrətə gətirib.

Beləliklə sənətçi 50 yaşında olsa da, hələ də formunu saxladığını, qocalmadığını bir daha göstərib.

Qeyd edək ki, bu hərəkətdə ayaqları bərkidərək, gövdəni geriyə əymək, sonra kürəyi düzəldərək gövdəni ilkin vəziyyətə qaytarmaq lazımdır.