vanqa

 

Bolqar ekstrasens: “2256-cı il başqa dünya axtarışında olan insanlar qorxunc bir şeylə qarşılaşacaq”

Dünyanın sonuna aid qorxunc proqnozları ilə yadda qalan ekstrasens Vanqanın daha bir neçə proqnozu mətbuatda yayılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təssüf ki, Vanqanın verdiyi proqnozların çoxu heç də ürəkaçan deyil.

ANS PRESS bolqar görücü Vanqanın öncəgörmələrindən bəzilərini təqdim edir:

2014-cü ildə kimyəvi və nüvə silahlarından istifadə nəticəsində dünya əhalisinin yarısı dəri xərçəngi ilə mübarizə aparacaq.

2018-ci ildə Avropa ölkələri tükənmə nöqtəsinə gələcək.

2023- cü il dünyanın yeni super gücü Çin olacaq. Müstəmləkiçilər müstəmləkə halına düşəcək.

2025-ci ildə Yerin oxunda nizamsız dəyişiklər hiss ediləcək.

2028-ci ildə Avropada yaşayanların sayı əhəmiyyətli dərəcədə azalacaq.

2033-cü ildə yeni enerji növü kəşf ediləcək. (böyük ehtimalla termonüvə reaksiya). Aclığın qarşısı alınacaq. İçərisində insan olan kosmik gəmi Veneraya uçacaq.

2043-cü ildə qütbdəki buzlar əriyərək su səviyyəsini qaldıracaq.

2076-cı ildə dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşacaq. Müsəlmanlar Avropanın hakimi olacaqlar. ABŞ müsəlmanların nəzarətində olan Rusiyaya qarşı iqlim dəyişdirən silahdan istifadə edəcək. Nəticədə havanın temperaturunda ani və kəskin eniş olacaq.

2084-cü ildə komunizm bütün dünyaya hakim olacaq.

2100-cü ildə təbiət yenidən canlanacaq.

2123-cü ildə insanlar tərəfindən hazırlanan Günəş dünyanın qaranlıq üzünü öyrənməyə kömək edəcək.

2125-ci ildə kiçik ölkələr arasında müharibə olacaq.

2164-cü ildə Macarıstan kosmosdan siqnallar alacaq.

2170-ci il insanlar yarı heyvan olacaqlar. Gəlmələrin köməyi ilə sualtında mədəniyyət yaradılacaq.

2221-ci ildə quraqlıq yaşanacaq.

2256-cı il başqa dünya axtarışında olan insanlar qorxunc bir şeylə qarşılaşacaq.

2271-ci il kosmik gəmi dünyaya yeni bir qorxunc xəstəlik gətirəcək.