Münasibətiniz boyu bunlardan heç olmasa 10-unu siz də eşitmisiniz və ya demisiniz. Əgər digərlərini eşitməmisinizsə, narahat olmayın bu onları heç vaxt eşitməyəcəyiniz anlamına gəlmir.
1. Sən digərlərindən fərqlisən. Çox güman ki, bunu gözlərinizin içinə baxaraq söyləyəcək və ya söyləyir. Çox güman ki, dostlarınızın sizdə bəyənmədiyi hansısa bir xasiyyətiniz haqqında danışıdığınız zaman o belə cümlələrdən istifadə edir.
2. Səndə ən çox sevdiyim xasiyyət dürüstlüyündür. Bu cümlə çox strateji əhəmiyyət daşıyır. Bununla ya qadın gələcəkdə ona söyləyəcəyiniz yalanların qarşısını almağa çalışır, ya da hansısa yalanınızdan xəbərdardır, amma bunu sizin etiraf etməyinizi gözləyir. Yəni əslində o da sizin çox dürüst insan olmadığınız bilir.
3. Bilirsən, əzizim, heç bir qadın başqası ilə sevgili və ya evli olan kişiyə maraq göstərməz. Bu qadınların həm özlərini, həm də sizi aldatmaq üçün istifadə etdiyi yalanlardandır. Əslində siz də bilirsiniz ki, biz istədiyimiz vaxt özümüzə sevgili tapa bilərik. Qadın bu yalandan sizi yanında saxlamaq üçün istifadə edir.
4. Sən istəsən, hər şeyi bacararsan. Bu qadınların kişiyə motivasiya vermək üçün istifadə etdiyi ən klassik yalanlardandır. Yoxsa, o da sizin əslində nəyə qadir olduğunuzu yaxşı bilir.
5. Heç kim: sən, mən, bir-iki nəfər də ən yaxın dostlarım olacaq. Bu sizi dostları ilə görüşə dəvət edərkən istifadə etdiyi yalanlardandır. Sözləşdiyiniz məkana getdiyiniz zaman sizi ən azı 15 nəfər qarşılayacaq.
6. Gözlərin (burnun, əllərin, üz quruluşun) çox fərqlidir. İnsanı səni sevməyə vadar edir. Bu sözlərlə o sizin eqonuzu artırmağa çalışır. Yəni ciddiyə alınası sözlərdən deyil.
7. O gün anam sənin şəklini gördü, səndən çox xoşu gəlib. Bu “bizə nə vaxt elçiliyə gəlirsiniz?” deməyin dolayı yoludur. Əslində bəlkə də heç anasının sizin varlığınızdan belə xəbəri yoxdur.
8. Rəfiqələrim deyir ki, qısa saç sənə daha çox yaraşır. Çox güman ki, dostları ona uzun saçın sizi çirkin göstərdiyini deyib. O isə bunu sizə birbaşa deyib xətrinizə dəymək istəmir.
9. Mən sevdiyim insanı heç vaxt çox sıxışdırmaram. Bu, münasibətə təzə başlayanda əksər qızın istifadə etdiyi yalanlardandır. Bununla, o, sizə hər şeyinə qarışan insandan xoşu gəlmədiyi mesajını verməyə çalışır.
10. Əlbəttə ki, evləndikdən sonra da dostlarınla görüşə bilərsən. Hələ də bu yalana inanırsınızsa, sizə deyəcək sözümüz yoxdur.
11. Yox, nə danışırsan? Əlbəttə ki, hər şeyi mənimlə birlikdə etmək məcburiyyətində deyilsən. Məcbursunuz. Hələ ki münasibətə yeni başlayırsınızsa, başqa yolunuz yoxdur.
12. Ev işləri ilə məşğul olmağı çox sevirəm. Paltar ütüləmək ən sevdiyim məşğuliyyətdir. Bu da “Elçilik nə zamandır?”deyiminin başqa bir üsuludur. Əslində ev işlərini sevə də bilər. Amma bu 100%-dir ki, ütü ütüləmək ən sevdiyi məşğuliyyət deyil.
13. Bir saat oturaq, sonra sıxılsan, çıxarıq. Getmək istəmədiyiniz bir qonaqlığa dəvətlisiniz, amma xanımınız ora getməyi istəyirsə, bu zaman bu üsuldan istifadə edəcək. Əslində, bu sözün mənası 4-5 saat kimi oturarıq. Əgər mən sıxılsam, onda tez çıxa bilərik.
14. Yox niyə qısqanım? Axı o sadəcə sənin qrup (iş) yoldaşındır. Əjdaha yalanlardan biri daha. Əgər adı çəkilən qızla hər hansısa üsulla əlaqə yaratmaq istəsəniz (whatsapp, skype, SMS, telefon, və s.) əmin olun ki, bu aranızda çox böyük mübahisəyə səbəb olacaq.
15. Fala, bürcə heç inanmıram. Belə şeylər mənə görə deyil. Sizcə, bu mümkündür?
16. İkimiz də yetişkin insanlarıq, sənə nə etməli olduğu mən niyə deyim ki? Bu cümlənin istifadə olunma zamanına diqqət yetirin. Mütləq bundan əvvəlki cümlələrində o sizə nəyi, necə eləməli olduğunuzu deyib. İndi isə məsuliyyəti sizin üzərinizə atmağa çalışır.
17. Çox alacağım yoxdur. Ən çox 10 dəqiqə kimi baxıb çıxaq. Əgər mağazaya getdiyiniz zaman qadınınızdan bu cümləni eşidirisinizsə, deməli, onu oradan maksimum dərəcədə uzaqlaşdırmalısınız.
18. Mənə görə heç nə sifariş vermə. Elə də ac deyiləm. Sənin yeməyindən 1-2 qaşıq götürərəm. Bununla qadın bəlkə də sizin nə qədər ürəyiaçıq olduğunuzu yoxlamaq istəyir. Əmin olun ki, yeməyinizin yarısından çoxunu onunla bölüşəcəksiniz.
19. Bir-iki kilo kimi kökəlmişəm. Amma dieta saxlayıram, həm idmanla da məşğul oluram. Əmin olun ki, ən az 7-8 kq artıq çəkisi var və nə diyeta saxlayır, nə də idmanla məşğuldur.
20. Təəssüflənmə, bu hamının başına gələ bilər. Bunu məcburiyyətdən deyir. Sizə necə ürək-dirək verəcəyini bilmir. Onun yanında məyus olduğunuzu sizə hiss etdirməməyə çalışır.
Belə. İndi vəziyyət necədir? Yuxarıda sadalananlardan neçəsini eşitmisiniz?
kishi.az