ucqun ev

1997-ci il təvəllüdlü Elton Həsənov xilasedicilərin köməyi ilə dağıntılar altından çıxarılıb

Bakıda uçan evin altında qalan uşaq xilas edilib. ANS-in hadisə yerində olan müxbiri Vəfa Zeynalovanın verdiyi məlumata görə, dağıntılar altında qalan 1997-ci il təvəllüdlü Elton Həsənov xilas olunub. Xilasedicilər onu evin uçmuş tavanı altından çıxarıblar.
Ev isə tamamilə yaşayış üçün yararsız vəziyyət düşüb. Evin sakinləri ordan köçürülüb.

Qeyd edək ki, həmin ərazidəki qonşu evlərə də baxış keçirilib. Həmin evlər də yaşayış üçün təhlükəli hesab olunur. Bu barədə sakinlərə xəbərdarlıq edilib.

Saat 11:56
Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub.

Hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, dağıntı altında daha bir nəfər də var. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub.

Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Hələlik azyaşlının sağ olub olmadığı barədə məlumat yoxdur. Hadisə haqqında əlavə məlumat verəcəyik.