internet_789

 

 

 

 

 

 

 

 

Netcraft analitik şirkəti internetdə işləyən bloq və saytların sayı haqqında fevral ayına olan statistikanı dərc edib. Şirkətin məlumatına görə, fevralın 1-dək internetdə 920 milyondan çox sayt işləyib ki, bu da ötən ayla müqayisədə 58 milyon çoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, veb-serverlərə gəldikdə ən yaxşı artım xidmət göstərdiyi host bazasını 48 milyon artırmış Microsoft IIS-də müşahidə olunub. Həmçinin xidmət göstərdiyi host bazasını 14 milyon artırmış Nginx açıq veb-serverində irəliləmə qeydə alınıb. Lakin Apache veb-serverinin ümumi bazası 7 milyon URL azalıb.
Veb-serverlər bazarında Microsoftun bazar payı 3,38% artaraq 32,8% və ya 302 milyon sayt olub, Apacheın bazar payı 3,41% azalaraq 38,2% və ya 352 milyon sayt təşkil edib.