ilham sarkisyan

Azərbaycan və Ermənistan prezidentləri bildiriblər ki, Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacaq.

Bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb. C.Uorlik bildirib: “Yaxşı xəbər var. Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiadası müddətində atəşkəs rejiminə əməl olunacağına sadiq qaldıqlarını bildiriblər”.

Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.