Sosial şəbəkələrdə, habelə LiveLeak və YouTube videoservislərində paylaşılan videolardan biri böyük rezonans doğurub.
Səbəb isə videoda damağına qoyulan siqareti sümürən 3 yaşlı qızın görüntülərinin olmasıdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Finlyandiyada çəkildiyi deyilən videoda 3 yaşlı qız siqareti tüstülədir, bir neçə dəfə qullab vurur.
Olayla bağlı Finlyandiyanın DİN-i araşdırmalara başlayıb.
Finlyandiyada 18 yaşına çatmamış şəxslərə siqaret və tütün məhsullarının satılması qəti qadağandır.
3 il əvvəl İndoneziyanın Sumarta adasında yaşayan 2 yaşlı Aldi Rizalın siqaret çəkdiyi anların əks olunduğu video böyük qalmaqala səbəb olmuşdu.
Bu qalmaqallı kadrlardan sonra İndoneziyanın hakimiyyət dairələri azyaşlılar arasında siqaret çəkilməsinə qarşı geniş kampaniyaya başlamışdılar.
İndi 5 yaşı olan Aldi siqaret çəkməyi çoxdan tərgidib.