Zaur Əmiraslanov dunya ulduzu Xulio Iglesias “Historia de un Amor ” hitini azərbaycan dilində təqdim etdi

Mədəniyyət  Azərbaycanın əməkdar frtisti , pop və klassik əsərlərinin məşhur ifaçısı Zaur Əmiraslanov dunya ulduzu Xulio Iglesias “Historia de un Amor ” hitini azərbaycan dilində sosial şəbəkələrdə təqdim etdi. Müğənninin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni aranjimanda və sözləri Zaur Əmiraslanova məxsus olan mahni “Dunya hitləri milli dildə” muğənninin layihə çərçıvəsində həyata keçirilib.

“Mənim əsas məqsədim – azərbaycan dilində duya hitlərirnin təbliğatıdır, və bunlara yeni nəfəs verməkdir. İnanıram ki, bu gözəl lirik mahnı toy himni olacaq. Bəy ilə gəlin məhz bu mahnı sədaları altinda ilk rəqsini edəcək”, – Zaur Əmiraslanov bildirib.

“Historia de un Amor ” mahnısının inglis, fransız, çin , rus və yapon dilində versiyaları var.

İlk öncə Zaur Əmiraslanov məşhur rus müğənnisi Oleg Gazmanovın “Ты морячка – я моряк” azərbaycan dilində təqdim edib. Bu mahni sosial şəbəkələri tərəfindən dərhal fəth etdi.

 

 

http://youtu.be/SDf1RPcOmnM