İstintaqın davam etdiyini deyən Şimşək bu mərhələdə danışmasının doğru olmayacağını deyib

Dünya  Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri vaxtı millət vəkillərindən birinin rüşvət və korrupsiya qalmaqalı barədə verdiyi suala maliyyə naziri Mehmet Şimşek sərt cavab verib. 

İstintaqın davam etdiyini deyən Şimşək, bu mərhələdə danışmasının doğru olmayacağını deyib. 

Korrupsiyaçıya bəla oxuyan maliyyə naziri vurğulayıb ki, o şəxsin cəzası o biri dünyaya qalmamalı, bu dünyada cəzası verilməlidir. 

“Kim korrupsiya ilə məşğul olsa, hökmən cəzalandırılmalıdır. Həm Allah bəlasını versin, həm də bu kifayət deyil. O biri dünyaya qalmamalıdır. Bu dünyada hüquqi proses sonuna qədər işləməlidir. Dünənə qədər deyilirdi ki, avtoritar hökumət var və hər şeyə nəzarət edir. Budur, gördük! Polisimiz, prokurorumuz işləyir”. 

 

 

http://youtu.be/ORaGok8sqZY